Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Əliyev Turan Sulduz oğlu

Vətən Müharibəsi şəhidi Əliyev Turan Sulduz oğlu- 1996-cı il iyulun 7-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. Kənddəki tam orta məktəbi bitirdikdən sonra, 2016-2018-ci illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2018-ci ilin fevral ayından MAHHXHQ kimi kiçik çavuş rütbəsində xidmətini davam etdirib. Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi tərəfindən təşkil olunmuş atıcılıq kurslarında fərqləndiyinə görə Turan dəfələrlə mükafatlandırılıb.
Vətən müharibəsi başlayanda dəqiq zərbələri ilə fərqlənən Turana baş atıcı kimi xüsusi tapşırıqlar verilir. Döyüşlərə Füzulidən başladığı zəfər yolu onu qələbəyədək aparır. Ordunun kiçik çavuşu olan Turan Əliyev müharibədə zamanı uğrunda savaşdığı Füzulidə şəhid olub. O, 27 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Turan Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

 

Keçidlər