Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Əhmədli Elməddin Gülverən oğlu

 

 Vətən Müharibəsi şəhidi Əhmədli Elməddin Gülverən oğlu -28 yanvar 1996-cı ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Təzəkənd kənd tam orta məktəbində təhsil almışdır.
Elməddin Əhmədli  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Elməddin Əhmədli 19 noyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Təzəkənd kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Elməddin Əhmədli ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!


Təltifləri

•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)

Keçidlər