Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Qasımzadə Nicat Höccət oğlu

   Vətən Müharibəsi şəhidi  Qasımzadə Nicat Höccət oğlu - 10 noyabr 2000-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 2007-cı ildə şəhid Ənvər Rəhmətov adına kənd tam orta məktəbində təhsil almağa başlayıb . 2018-ci ildə təhsilini başa vurub. Nicat Qasımzadə 2019-cu il yanvar ayının 3-ü həqiqi hərbi xidmətə başlayıb. İlk 3 ay Goranboy rayonunda xidmət edib. Daha sonra Ağdama yollanaraq 3 ay artilleriya qoşunlarında xidmətini davam edir. Nicat Qasımzadəyə hərbi xidməti dövründə pulemyotçu vəzifəsi verilir, daha sonra manqa komandiri olur. Xidmətinin axırıncı 2 ayını isə kiçik çavuş rütbəsi ilə başa vurur və 6 iyul 2020-ci il tarixində tərxis olunur.
Nicat, qismən səfərbərliklə 21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırıldı. O, müharibə dövründə Füzuli və Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə iştirak etmiş və düşmənin xeyli canlı qüvvəsini məhv etmiş, bir neçə yaralı dostunu xilas etmişdir. 10 noyabrda ürəyindən aldığı qəlpə yarası nəticəsində qəhrəmancasına şəhid olmuşdur. Şəhid Nicat Qasımzadə 12 noyabr 2020-ci il tarixində doğulduğu Zəhmətabad kənd məzarıstanlığında dəfn olunmuşdur. 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Nicat Qasımzadə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" , "Cəsur döyüşçü"medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri

 (15.12.2020)— "Vətən uğrunda" medalı (ölümündən sonra)
 (25.12.2020)— "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
 (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
 (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
 (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)                                                                                                                                                               (25.06.2022) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra)

 

Keçidlər