Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Mirzəyev Sarvan Əli oğlu

 Vətən Müharibəsi şəhidi  Mirzəyev Sarvan Əli oğlu - 1 yanvar 1995-ci ildə Yardımlı rayonunun Zevin kəndində anadan olmuşdur.
2013 cü ilin oktyabr ayında Qusar şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamışvə  2015 –ci ilin aprelində xidmətini başa vuraraq təxris olunmuşdur. 2019 -cu ilin aprel ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq yenidən orduya qayıtmış və Naxçıvanda yerləşən N saylı hərbi hissədə xidmətə başlamışdır.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Sarvan Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur.
Sarvan Mirzəyev 11 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Sarvan Mirzəyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri

•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)

 

Keçidlər