Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Məmmədov Elyar Elbəyi oğlu

Vətən Müharibəsi şəhidi  Məmmədov Elyar Elbəyi oğlu -22 avqust 1990-cı ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Elyar Təzəkənd kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanır.Hərbi xidmətdən sonra Elyar  Məmmədov  Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışır.
Elyar Məmmədov 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşmuş,  Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, 27 oktyabr 2020-ci il tarixində doğulduğu kənd qəbristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Elyar Məmmədov ölümündən sonra "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə"  və"Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) 

 

Keçidlər