Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Mirişli Şəhriyar Bəxtiyar oğlu

Vətən Müharibəsi şəhidi  Mirişli Şəhriyar Bəxtiyar oğlu - 1 mart 2002-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. Şəhriyar Mirişli 2020-ci ildə həqiqi hərbi xidmətə başlamışdır.
O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. Şəhriyar Mirişli  Laçın rayonu uğrunda gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.Şəhid Şəhriyar Mirişli 23 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhər qəbristanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  Şəhriyar Mirişli ölümündən sonra "Vətən uğrunda",  "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) 
•  (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) 

Keçidlər