Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Həsənli Telman Rafiq oğlu

Vətən Müharibəsi şəhidi  Həsənli Telman Rafiq oğlu - 1998-ci ilin martın 3-də Bağbanlar kəndində sadə, zəhmətkeş ailədə anadan olub. 2018-ci ildə ordu sıralarında həqiqi hərbi xidmətini başa vurduqdan sonra şərəfli peşədən ayrılmayıb.Gizirlik məktəbini başa vurduqdan sonra, düşmənə yaxın təmas rayonlarında vətənə min bir həvəslə xidmət etməyə başlayıb . Xidmət etdiyi hərbi hissədən valideynlərinə göndərilən təşəkkür məktubları, onun gələcək uğurlarından xəbər verirdi. Şanlı ordumuzun cəsur döyüşcüsü, tank komandiri Telman Həsənli döyüşlərin birində yaralansa da, qənimət kimi bir düşmən tankını da özü ilə gətirməyi bacarır. O, Xocavənd, Füzuli və Zəngilan istiqamətində, Xudafərinin alınmasında qanlı döyüşlərdə rəşadət göstərərək qəhrəmancasına şəhid olur. Telman Həsənli doğulduğu kənd qəbristanlığında torpağa tapşırılır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Telman Həsənli ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (18.12.2020) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra) 
•  (24.06.2021) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) 
•  (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

Keçidlər