Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Qəniyev Cahid Şaiq oğlu

Vətən Müharibəsi şəhidi  Qəniyev Cahid Şaiq oğlu- 1994-cü il fevralın 18-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı.
Azərbaycan Ordusunun giziri olan Cahid Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Cahid Qəniyev sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. O, 13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kənd qəbristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Cahid Qəniyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və  "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) 

 

Keçidlər