Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Ağayev Saleh Nurəddin oğlu

Vətən Müharibəsi şəhidi  Ağayev Saleh Nurəddin oğlu - 30 aprel 1992-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur.Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri Saleh Ağayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Saleh Ağayev 12 oktyabr  2020-ci il tarixdə Biləsuvar rayonu Günəşli kənd qəbristanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Saleh Ağayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Hərbi xidmətlərə görə"  və "Xocavəndin azad olunmasına görə" medalları  ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)

Keçidlər