Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Kərimov Elvin Mürşüd oğlu

Vətən Müharibəsi şəhidi Kərimov Elvin Mürşüd oğlu - 13 sentyabr 1985-ci  ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Orta təhsilini Çaylı kənd tam orta məktəbində almışdır. Ailəli idi, üç qız övladı əmanət qaldı.
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Elvin Kərimov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Laçın rayonu istiqamətində gedən döyüşlərdə və Suqovuşan əməliyyatında düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olmuşdur.
Şəhid Elvin Kərimov 10 oktyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Çaylı kənd qəbristanlığında  dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Elvin Kərimov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (29.12.2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra)

 

Keçidlər