Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Əlizadə Ruslan Arif oğlu

Vətən Müharibəsi şəhidi Əlizadə Ruslan Arif oğlu - 19 noyabr 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Orta təhsilini Biləsuvar şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmış, Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərkibində qulluq etmişdir. Hərbi xidmətdən sonra bir müddət kənddə valideynlərinin yanında olmuşdur. Sonra öz arzusu ilə yenidən müqavilə ilə  Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışmışdır.
Ruslan Əlizadə 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşmuş və Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ruslan Əlizadə doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə  Ruslan Əlizadə ölümündən sonra "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə"   və "İgidliyə görə"  medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra) 

Keçidlər