Şriftin ölçüsü :

Saytın rəngi :

Zərifə xanım Əliyevanın xatirəsi anılıb.

28 aprel 2024 | 15:02

Görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova yüksək elmi nailiyyətləri, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm və səhiyyə xadimi, mehriban ana, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən danışıb. L.Yüzbaşova Zərifə xanım Əliyevanın ömür-gün yoldaşı olan Ulu Öndərə hər zaman dayaq durduğunu diqqətə çatdıraraq, onun bugünkü Azərbaycan xanımları üçün də örnək olduğunu vurğulayıb.

Tədbirdə Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Asif Əhmədov, Gənclər evinin direktoru Vəkil Cəfərli çıxış edərək Zərifə Əliyevanın tibb elmi sahəsində çox böyük işlər gördüyünü, traxoma xəstəliyinin çarəsinin tapılmasında böyük əməyi olduğunu vurğulayıblar. Akademikin ən böyük əsərinin Prezident İlham Əliyev olduğunu diqqətə çatdıran natiqlər Azərbaycanın var olduğu müddətdə Zərifə xanımın fədakar fəaliyyətinin hər zaman yaddaşlarda qalacağını bildiriblər.

Tədbirin sonunda akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Keçidlər