Yaralı əsgərimiz hərbi hospitalda ziyarət olundu
22 sentyabr 2022-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Vəlahəddin Yunsurov və Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zamiq Mənsimli sentyabr ayının 12-dən 13-ə keçən gecə Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi geniş miqyaslı təxribatın qarşısını alarkən yaralanmış Biləsuvar rayonundan olan hərbi qulluqçumuz, gizir Hüseynli Davud Qabil oğlunu hospitalda ziyarət ediblər.
Davud Hüseynli yaralandıqdan sonra Gəncə şəhərindəki Hərbi Hospitala yerləşdirilmiş, sonradan isə müalicəsini davam etdirmək üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına köçürülmüşdür.
Ziyarət zamanı hərbi qulluqçumuzun səhhəti ilə maraqlanılıb və tezliklə sağlamlığına qovuşması arzulanıb.
Bildiririk ki, Ermənistanın sentyabr ayının 12-dən 13-ə keçən gecə törətdiyi təxribat nəticəsindən Biləsuvar rayonundan olan 4 nəfər hərbi qulluqçumuz şəhid olmuş, 11 nəfəri isə yaralanmışdır.