Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Nəriman Əlizadənin və Əmrah Xəlilzadənin xatirəsi ehtiramla anılıb.
29 noyabr 2023 | 14:31
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan Nəriman Əlizadənin və Əmrah Xəlilzadənin anım günü ilə əlaqədar bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin ata ocağını ziyarət edərək, valideyinləri ilə görüşüblər.
Mərasimdə qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Qeyd olunub ki, Vətən müharibəsindəki şanlı Zəfər dövlətçilik tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi əsl qəhrəmanlıq salnaməsidir.
Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaqdır.
Vətən Müharibəsi şəhidi Əlizadə Nəriman Nurəhməd oğlu - 6 aprel 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. Hərbi xidmətdən əvvəl "Rəvan" və "Neftçi" futbol klublarının aşağı yaş qruplarında çıxış edib.Nəriman Əlizadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.Şəhid Nəriman Əlizadə 29 noyabr 2020-ci il tarixində Biləsuvar şəhərində dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Nəriman Əlizadə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Vətən Müharibəsi şəhidi Xəlilzadə Əmrah İnqilab oğlu -1 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Şəhər 6 saylı tam orta məktəbində orta təhsilini almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmət qulluqçusu Əmrah Xəlilzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.Şəhid Əmrah Xəlilzadə 29 noyabr 2020-ci il tarixində Biləsuvar şəhərində dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Əmrah Xəlilzadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.