Vətən müharibəsi şəhidləri Məhəmməd Məmmədovun və Ziyarət Hüseynovun ildönümündə xatirələri ehtiramla anılıb.
2022-ci ilin sentyabr ayının 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun komando qüvvələrinin giziri Məmmədov Məhəmməd Bilal oğlunun və Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrinin kiçik giziri Hüseynov Ziyarət Mayıl oğlunun xatirələri ehtiramla anılıb.
Qəhrəman şəhidlərimizin ildönümü mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin ata ocaqlarını ziyarət edərək valideynləri və yaxınları ilə görüşüblər. Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışan Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov bildirib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.