Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Elvin Şahmarlının, Asif Talıblının və Cahid Qəniyevin xatirəsi ehtiramla anılıb

13 oktyabr 2023 | 15:42
Ölkəmizin ərazi bütövlüyünün bərpası və torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan Elvin Şahmarlının, Asif Talıblının və Cahid Qəniyevin anım mərasiminə qatılan Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin ata ocağını ziyarət edərək, valideyinləri və yaxınları ilə görüşüblər.
Mərasimdə qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan danışılaraq xatirələri ehtiramla yad edilib. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaqdır.
Şahmarlı Elvin Malik oğlu - 15 fevral 2002-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur.
Elvin 2020-ci ildə həqiqi hərbi xidmətə olduğu zaman Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, 12 oktyabr tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Elvin Şahmarlı 13 oktyabr tarixində yaşadığı Əliabad kəndində dəfn olunub.
Qəhrəman şəhidimiz ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Talıblı Asif Arif oğlu- 1993-cü il aprelin 26-da Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub.Asif 2013-cü ildən Daxili Qoşunların sıralarında xidmət edirdi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Asif Talıblı 2020-ci il sentyabrın 27-də başlanan başlanan Vətən müharibəsində iştirak edərək Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Qəhrəman əsgərimiz oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub.
Şəhid Asif Talıblı ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Qəniyev Cahid Şaiq oğlu- 1994-cü il fevralın 18-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı.
Azərbaycan Ordusunun giziri olan Cahid Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və Suqovuşan döyüşləri zamanı şəhid olub. Qəhrəman şəhidimiz 13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kənd qəbristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Cahid Qəniyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər