Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Əlizadə Tahir Qəribəli oğlunun xatirəsi ehtiramla anılıb.

06 dekabr 2023 | 16:09
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan tahir Əlizadənin anım günü ilə əlaqədar bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək, valideyinləri ilə görüşüblər.
Mərasimdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Qeyd olunub ki, Vətən müharibəsindəki şanlı Zəfər dövlətçilik tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi əsl qəhrəmanlıq salnaməsidir.
Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaqdır.
Vətən Müharibəsi şəhidi Əlizadə Tahir Qəribəli oğlu -1994-cü il iyunun 21-də Biləsuvar şəhərində anadan olub.Azərbaycan Ordusunun giziri olan Tahir Əlizadə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, Hadrut uğrunda döyüşdə yaralansa da, bir müddət müalicə alaraq yenidən döyüşə qayıdıb. Gizir Əlizadə Tahir Şuşa uğurunda döyüşlərdə meşəlik ərazidə çətin döyüş tapşırığını uğurla həyata keçirib. Sonuncu döyüşdə yaralı əsgərlərini xilas edərkən özü də ağır yaralanıb və Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Dekabrın 5-də müalicə aldığı tibb müəssisəsində həkimlərin səyinə baxmayaraq, şəhidlik zirvəsinə ucalıb. Biləsuvar şəhərində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Tahir Əlizadə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Keçidlər