Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

12 dekabr 2022 | 14:23

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür.

Müasir  Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Parkına gələrək dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq və hər zaman dərin ehtiramla yad ediləcəkdir.

Keçidlər