Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan konsert proqramı təqdim edilib.

04 may 2024 | 10:19
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan konsert proqramı təqdim edilib.
Tədbirdə dahi lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova çıxış edərək dahi liderin hər kəsə örnək olacaq həyatından və siyasi fəaliyyətindən söhbət açıblar.
Sonra Şirvan şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin ifasında vətənpərvərlik mahnıları təqdim edilib.
Anşlaqla keçən konsert biləsuvarlı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsert proqramında rayon rəsmiləri, mədəniyyət, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Keçidlər