Türkiyədən gələn qonaqların Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti ilə görüşü keçirilib.
2022-ci ilin mayında Türkiyə Cümhuriyyəti Dənizli vilayətinin Çameli şəhəri ilə Biləsuvar rayonu arasında dostluq əlaqələrinin qurulması məqsədilə imzalanmış “Qardaşlaşmış şəhərlər" haqqında protokola əsasən Biləsuvar rayonuna gələn 15 nəfərlik nümayəndə heyəti bu gün Heydər Əliyev Mərkəzinə gələrək, burada ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən fotoşəkillərə baxıblar.
Mərkəzdə keçirilən görüşdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qübətov qonaqları salamlayaraq bu formatda qarşılıqlı görüşlərin mütəmadi olaraq keçirilməsinin iki qardaş xalq arasındakı əlaqələrin daha da inkişaf etməsinə xidmət göstərdiyini vurğulayıb.
Faiq Qürbətov qeyd edib ki, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətlərinin inkişafından istifadə edərək rayonlarımız da artıq bir neçə ildir qarşılıqlı olaraq dostluq və tərəfdaşlıq münasibətlərindən bəhrələnirlər. Qardaş şəhərlər olaraq imzalanan protokol nəticəsində bundan sonra da əməkdaşlığımızın yüksək səviyyədə inkişafına və hərtərəfli əlaqələrin güclənməsinə töhfələr verəcəkdir.
Görüşdə çıxış edən Çameli ilçə kaymakamı Talha Tunahan Yıldırım və Çameli bələdiyyəsinin sədri Cengiz Arslan göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirərək əlaqələrimizin bundan sonra bütün istiqamətlərdə daha da inkişaf etdirilməsi üçün çalışacaqlarını bildiriblər.
Sonda rayonun mədəniyyət işçilərinin hazırladıqları musiqilər səsləndirilib və sonda xatirə şəkli çəkilib.