Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Respublikasının Dənizli vilayətinin Çameli ilçəsindən gələn qonaqlar Biləsuvar rayonunda olublar.

10 may 2022 | 11:33

Mayın 10-da Türkiyə Respublikasının Dənizli şəhərinin Çameli bələdiyyəsi ilə Biləsuvar rayonu arasında dostluq əlaqələrinin qurulması məqsədilə “Qardaşlaşmış şəhərlər" haqqında protokolun imzalanması məqsədilə bir qrup nümayəndə heyəti Biləsuvar rayonuna gəlib.
Qonaqlar öncə Heydər Əliyev parkında olaraq ulu öndərin abidəsini ziyarət ediblər.Sonra Heydər Əliyev Mərkəzində olaraq ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən fotoşəkillərə baxıblar.
Bildiririk ki, rayonlarımızın qardaşlaşması protokolunu imzalamaq üçün Türkiyə Respublikasının Dənizli vilayətinin Çameli ilçəsindən gələn nümayəndə heyəti Çameli kaymakamı Kerem Yenigün, Çameli bələdiyyəsi başqanı Cengiz Arslan və heyətin digər üzvləri olmaqla 9 nəfərdən ibarətdir.

Keçidlər