Türkiyə Respublikasından gələn qonaqlar Milli Qəhrəman Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksində olublar.
Milli Qəhrəman Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksinə səfər çərçivəsində qonaqlar əvvəlcə Milli Qəhrəmanın abidəsini ziyarət edərək əziz xatirəsini yad etdilər. Sonra şagirdlərin hazırladıqları bədii proqram nümayiş olundu.Kompleksin kitabxanasında keçirilən görüşdə məktəb haqqında hazırlanmış videorolik nümayiş olunduqdan sonra Kompleksin direktoru Aqşin Bağırov təhsil ocağı haqqında ətraflı məlumat verdi.Qarşılığlı söhbət zamanı geniş fikir mübadiləsi aparıldı.Qonaqlar məktəbin fənn kabinetləri ilə tanış oldular, yaradılmış şəraitə baxdılar.Sonda hədiyyələr təqdim olundu və xatirə şəkili çəkdirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, İcra Hakimiyyətinin məsul əməkdaşları, Türkiyə Respublikasının Dənizli vilayətinin Çameli kaymakamı Kerem Yenigün, Çameli bələdiyyə başqanı Cengiz Arslan, nümayəndə heyətinin üzvləri və Bağça-Məktəb-Lisey Kompleksinin kollektivi iştirak edib.