Türkiyə Respublikasından gələn qonaqlar Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ev muzeyini ziyarət edərək ailəsi ilə görüşüb.
Mayın 10-da Türkiyə Respublikasının Dənizli şəhərinin Çameli ilçəsindən rayonumuza gələn qonaqlar Əliabad kəndində olaraq Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ev muzeyini ziyarət edərək ailəsi ilə görüşüb.Görüş zamanı Mübariz İbrahimovun həyatı və qəhrəmanlığı barədə söhbət aparılıb, əziz xatirəsi yad edilib.Sonra qonaqlar qəhrəmanın ev muzeyində olublar.
Görüş zamanı Milli Qəhrəmanın atası Ağakərim İbrahimov onlara göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Bildiririk ki, rayonlarımızın qardaşlaşması protokolunu imzalamaq üçün Türkiyə Respublikasının Dənizli vilayətinin Çameli kaymakamı Kerem Yenigün, Çameli bələdiyyə başqanı Cengiz Arslan və heyət üzvlərindən ibarət olan nümayəndələr rəsmi-işgüzar səfərə gəlib.