Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərərək şəhid olmuş Ruslan İbadlının və Zöhrab Kərimovun orden və medalları ailələrinə təqdim olunub.

15 mart 2023 | 18:51
Torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərərək şəhid olmuş Ruslan İbadlının və Zöhrab Kərimovun orden və medalları ailələrinə təqdim olunub.
Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş biləsuvarlı igidlərin medalları ailələrinə təqdim olundu.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov şəhid İbadlı Ruslanın təltif olunduğu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini atası Sakit İbadova, şəhid Zöhrab Kərimovun təltif olunduğu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini və “Vətən uğrunda” medalını atası Azad Kərimova təqdim etdi.
Tədbirdə qeyd olunub ki, 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu öz şücaətini bütün dünyaya göstərərək 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə xatırlayır. Biz xalqımıza bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə minnətdarıq.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Görüş zamanı şəhid ailələrinin vəziyyəti və qayğıları ilə maraqlanan icra başçısı qarşıdan gələn Novruz bayramı münasibətilə də şəhid ailələrini təbrik edərək, xoş arzularını çatdırıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
 
Keçidlər