Şriftin ölçüsü :

Saytın rəngi :

Tatarıstan Respublikası Elmlər Akademiyasının Arxeologiya İnstitutunun direktoru Biləsuvar rayonunda səfərdə olub.

24 may 2024 | 10:40

Biləsuvar rayonuna səfərə gələn Tatarıstan Respublikası Elmlər Akademiyasının Arxeologiya İnstitutunun direktoru Ayrat Qabitoviç Sitdikovu  Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qəbul edib.

İcra başçısı qonağı salamlayaraq Biləsuvar rayonu haqqında ətraflı məlumat verib.

Görüşdə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun “Abidələrin qeydiyyatı və pasportlaşdırılması” şöbəsinin müdiri, t.ü.f.d., dosent Mikayıl Mustafayev və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov da iştirak edib.

Görüş zamanı Ayrat Sitdikov qeyd edib ki, bu ilin iyul ayından Tatarıstan Respublikası Elmlər Akademiyasının Arxeologiya İnstitutu və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu arasında yay məktəbi təşkil olunacaqdır. Bununla əlaqədar olaraq, bir qrup arxeoloqların Biləsuvar rayonu ərazisində aparılacaq praktik və nəzəri tədris ilə bağlı Çöl Ağdam şəhərciyi, Şəhriyar qalası, Şəhriyar yaşayış yeri və Ağdam qalası topoplanları hazırlanacaq, geodeziya və kəşfiyyat xarakterli arxeoloji testlər aparılacaqdır.

Səfər çərçivəsində qonaq Tarix-Diyarşünaslıq Muzeyində olmuş,  rayonun qədim tarixi-mədəniyyət abidələri olan İçəri Ağdam yaşayış yeri və  Şəhriyar qalası ərazisinə baxış keçirmişdir.

 

Keçidlər