Suvarma suyundan səmərəli istifadə edilməsinin təşkili və su itkisinə yol verilməməsi ilə bağlı kəndlərdə mülkiyyətçilərlə maarifləndirici tədbirlər keçirilir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının 03 fevral 2023-cü il tarixli 34 nömrəli sərəncamı ilə rayonda suvarma suyundan səmərəli istifadə edilməsinin təşkili, su itkisinə yol verilməməsi ilə bağlı fermerlərin maarifləndirilməsi məqsədilə yaradılmış işçi qrupu rayonun kəndlərində olaraq sudan istifadəyə nəzarətin gücləndirilməsi, su itkilərinin qarşısının alınması və əkin sahələrinin daxili və istifadə olunan yan kanalların qazılmasının təmin edilməsi üçün mülkiyyətçilərlə görüşür və bu sahədə maarifləndirmə tədbirləri həyata keçirirlər.
Maarifləndirmə işləri ilə yanaşı işçi qrupu ərazilərdə olaraq monitorinqlər keçirir və aşkara çıxarılan nöqsanların aradan qaldırılması istiqamətində mülkiyyətçilərə tövsiyyələrini verir.
Hazırda Səmədabad, Nərimankənd, Nəsimi, Günəşli, İsmətli, Ovçubərə kəndlərində mülkiyyətçilərlə görüşlər təşkil edilmişdir.Maarifləndirmə tədbirlərinin rayonun bütün kəndlərində aparılması nəzərdə tutulmuşdur.