Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Camal İsmayılov adına Neftçala şəhər Uşaq İncəsənət Məktəbinin konsert proqramı keçirilib.

27 dekabr 2023 | 16:54
İlk olaraq dahi lider Heydər Əliyevin və Vətən müharibəsində canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Camal İsmayılov adına Neftçala şəhər Uşaq İncəsənət Məktəbinin müəllim və şagird kollektivinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konsert proqramında respublika səviyyəli müxtəlif mahnı müsabiqələrində laureat olan xor kollektivi, solistlər və solo ifaçılar milli və dünya klassik bəstəkarlarının əsərlərini ifa ediblər.
Çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qeyd edib ki, mədəniyyət sahəsi üzrə ilboyu keçirilən tədbirlər maraqla qarşılanır. Buna görə mədəniyyət nümayəndələrinə təşəkkür edən icra başçısı bundan sonra da mədəniyyət sahəsinə diqqət göstərəcəyini vurğulayıb.
Daha sonra çıxış edən Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov bildirib ki, konsertin Biləsuvar rayonunda təşkil olunması regionda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin tanıdılması, eyni zamanda yaradıcılıqlarının nümayiş etdirilməsi məqsədi daşıyır.
Keçidlər