Səyyar qəbullarda qaldırılan məsələlərin icrası.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun kəndlərdə keçirdiyi səyyar görüşlər zamanı vətəndaşların irəli sürdüyü müraciətlər qısa müddətdə həll olunur.
Belə ki, Nərimankənd kəndində keçirilən səyyar qəbul zamanı sakinlər tərəfindən həyətyanı sahələrin suvarılması üçün istifadə edilən boru xətlərinin yararsız hissəsinin yenilənməsi ilə bağlı qaldırdıqları məsələnin icrası Biləsuvar Su Meliorasiya Sistemləri İstismar İdarəsi tərəfindən həll edilmişdir.
Yuxarı Cürəli kəndində keçirilən səyyar qəbul zamanı sakinlər tərəfindən qaldırılan əkin sahələrinin yaxınlığındakı şor kollektorunun lildən təmizlənməsi məsələsi Mərkəzi Muğan Kollektorlar İdarəsinin köməkliyi ilə icra olunmuşdur.
Zəhmətabad kəndində keçirilən səyyar qəbul zamanı sakinlər tərəfindən həyətyanı sahələrin suvarılması məqsədilə istifadə olunan kanalın lildən təmizlənməsi ilə bağlı qaldırılan məsələ Biləsuvar Su Meliorasiya Sistemləri İstismar İdarəsi tərəfindən, kənd ərazisində yeni salınmış yolun qum-çınqıl qarışığı ilə təmir olunması məsələsi isə Bağbanlar Bələdiyyəsi tərəfindən həll edilmişdir.
Vətəndaşlarımızın rifahının yüksəldilməsi istiqamətində kəndlərdə görülən abadlıq və təsərrüfat işləri mütəmadi olaraq diqqətdə saxlanılır.






