Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbullarda qaldırılan məsələlərin icrası davam etdirilir.

07 oktyabr 2025 | 16:31

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun kəndlərdə keçirdiyi səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icrası davam etdirilir. Belə ki, rayonun Çaylı kəndində keçirilən səyyar qəbul zamanı vətəndaşlar tərəfindən ümumi uzunluğu 1300 metr olan 3 küçədə yolların qreyderlə hamarlanaraq qum-çınqıl qarışığı ilə üzlənməsi məsələsi Biləsuvar Rayon İcra Hakimiyyətinin və Biləsuvar bələdiyyəsinin köməkliyi ilə həllini tapmışdır. Bundan əlavə Amankənd kəndində keçirilən səyyar görüş-qəbulda vətəndaşlar tərəfindən  Cənubi Muğan kanalının kənd ərazisindən keçən hissəsinin təmizlənməsi məsələsi Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismar  idarəsi,  Zəhmətabad kəndində Şəhid Dadaş Dadaşov adına küçənin işıqlandırılması məsələsi Bağbanlar Bələdiyyəsi və Zəhmətabad kənd İcra nümayəndəliyinin köməkliyi icra olunmuşdur.

Keçidlər