Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbullarda əhali tərəfindən qaldırılan məsələlərin icrası təmin edilir.

25 iyul 2024 | 10:40

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının yerlərdə vətəndaşlarla keçirdiyi səyyar qəbullar zamanı kənd sakinlərinin  təklifləri və onları narahat edən problemlər İcra başçısı tərəfindən dinlənilərək həlli ilə bağlı tədbirlər müəyyənləşdirilir. Həlli zaman tələb edən məsələlər isə Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülərək icrası istiqamətində aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilir.

Biləsuvar Rayon icra Hakimiyyətinin Başçısı Faiq Qürbətovun  Ağayrı kənd sakinləri ilə keçirdiyi səyyar qəbul zamanı şəhid ailəsinin yaşadığı küçənin hamarlanaraq qum-çınqıl qarışığı ilə üzlənməsi, Əsgərabad kəndində keçirilən səyyar qəbulda şəhid Saleh Babayev adına küçənin yaxınlığından keçən kollektorun qazılması və üzərindəki körpünün təmir olunması, Cənubi Muğan kanalının Aşağı Cürəli kəndindən keçən hissəsinin lildən təmizlənməsi, Nəsimi kəndinin mərkəzindən keçən şor kollektorunun qazılması, Zəhmətabad kəndində su arxlarının lildən təmizlənməsi, Yuxarı Cürəli kəndində mülkiyyətçilərin əkin sahələrinə gedən baş suvarma kanallarının qazılmısı, Günəşli kəndinin yeni məhəllələrində 13 km uzunluğunda yolların qreyderlə hamarlanması, İsmətli kəndində şəhid Qurban Abdullayev adına küçənin 500 metrlik və şəhid Nurəddin Mirzəyev adına küçənin 200 metrlik hissələrinin qum-çınqıl qarışığı ilə üzlənməsi ilə bağlı qaldırılan məsələlər artıq öz həllini tapmışdır.

Bildiririk ki, səyyar görüş və qəbullarda qaldırılan məsələlərin icrasına nail olmaq üçün səsləndirilən təkliflər ümumləşdirilərək hər ay Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı yanında  müzakirə olunur.

 

Keçidlər