Şəhid Zöhrab Kərimov Biləsuvarda torpağa tapşırıldı.
Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun əsgəri Kərimov Zöhrab Azad oğlu bu gün böyüyüb boya- başa çatdığı Biləsuvar şəhərində torpağa tapşırıldı.
Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak etdilər.
Şəhidlə vida mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdi, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Zöhrab Kərimovun xatirəsinin biləsuvarlıların qəlbində həmişə yaşayacağını bildirdi.
Dəfn mərasimində Şəhidin atası Azad Kərimov oğul itkisinin ağır olmasına baxmayaraq Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirib. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı onun atasına təqdim olundu.
14 avqust 2003-cü ildə Biləsuvar şəhərində anadan olan şəhidimiz subay idi.
Allah şəhidlərimizə rəhmət eləsin!