Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ziyadov Cəsarət Zaur oğlunun 40 mərasimi keçirilib.

07 noyabr 2023 | 12:23
Ölkəmizin ərazi bötüvlüyünün və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılmış antiterror tədbirləri zamanı şəhid olmuş Ziyadov Cəsarət Zaur oğlunun 40 mərasimində xatirəsi ehtiramla anılıb.
Mərasimdə iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayon ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri və yaxınları ilə görüşüblər.
Şəhidin 40 mərasimində bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Şəhid Ziyadov Cəsarət Zaur oğlu - 31 oktyabr 2004-cü ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətdə olan Cəsarət 19 sentyabr 2023-cü il tarixdə ölkəmizin ərazi bütövlüyünün bərpası məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatlarında iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. Cəsarət Ziyadov doğulduğu Xırmandalı kəndində dəfn olunmuşdur.
Keçidlər