Şəhid Nicat Qarazadənin xatirəsi anılıb.
24 oktyabr 2024 | 15:01
Bu gün Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrində müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu, 2022-ci ilin sentyabr ayının 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan Qarazadə Nicat Malik oğlunun doğum günüdür.
Qəhrəman şəhidimizin doğum günündə Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları şəhidin məzarını ziyarət edərək valideynləri ilə görüşüblər.
Mərasimdə qeyd olunub ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əziz qalacaq və onların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnək olacaqdır.
Nicat Malik oğlu Qarazadə 24 oktyabr 2002-ci ildə anadan olub. O, 2020-ci ildə SHXÇDX-nin Biləsuvar rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və hərbi xidmətini bitirdikdən sonra xüsusi təyinatlı qüvvələrdə müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu olaraq çalışıb.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı zamanı döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin snayperi kimi iştirak edən Nicat Qarazadə 16 sentyabr 2022-ci ildə şəhid olmuşdur. Şəhid Nicat Qarazadə II Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Nicat Qarazadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.