Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Nicat Qarazadə 2-ci Fəxri xiyabanda dəfn olundu.

17 sentyabr 2022 | 20:03

Sentyabrın 12-dən 13-ə keçən  gecə Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən  qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrində müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu Qarazadə Nicat Malik oğlu  bu gün II Fəxri Xiyabanda dəfn olunub.

Dəfn mərasimində Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Azər Cəfərli, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin doğmaları iştirak edib.

Bildiririk ki, Nicat Malik oğlu Qarazadə 2002-ci ildə anadan olub. O,  2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və hərbi xidmətini bitirdikdən sonra xüsusi təyinatlı qüvvələrdə müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu olaraq çalışıb.

Şəhidimiz subay idi.

Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər