Şəhid Əhməd Babaşovun 40 mərasimi keçirilib.
06 noyabr 2023 | 10:37
Bu gün Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü, şəhid Babaşov Əhməd Tahir oğlunun 40 keçirilib.
Mərasimdə iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətinin nümayəndələri və kənd sakinləri şəhidin ata ocağını ziyarət edərək, yaxınları ilə görüşüblər.
Mərasimdə bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Qeyd edək ki, Əhməd Babaşov 1974-cü il yanvar ayının 11-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. O, 1993-cü ildə Füzuli rayonu istiqamətindəki hərbi əməliyyatlarda iştirak edib və 1993-cü ilin avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.Şəhidin meyitinin qalıqları 30 ildən sonra Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqda tapılıb və 2 sentyabr 2023-cü il tarixdə doğulduğu Bağbanlar kəndinə gətirilərək dəfn olunub.