Şəhərin Mübariz İbrahimov, Nəriman Əlizadə və Cavanşir küçələrində təmizlik işləri aparılıb.
Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatı və “DOST” xidmətinin əməkdaşları tərəfindən şəhərin küçələrində gündəlik olaraq aparılan təmizlik işlərindən əlavə, Biləsuvar Rayon İcra Hakimiyyətinin tapşırığına əsasən şəhərin küçələrinə, yolların kənarlarına vətəndaşlar tərəfindən atılan müxtəlif adda yararsız məişət əşyalarının, tullantıların, tikinti materiallarının və digər yöndəmsiz və istifadəsiz əşyaların toplanaraq məhv edilməsi işləri davam etdirilir.
Bu gün şəhərin Mübariz İbrahimov, Nəriman Əlizadə və Cavanşir küçələrində təmizlik işləri aparılaraq, ərazidəki hasarların və yolların kənarları vətəndaşlar tərəfindən atılan müxtəlif adda tullantılardan təmizlənib.
Qeyd edirik ki, aparılan təmizlik işləri ilə yanaşı vətəndaşlar arasında mütəmadi olaraq maarifləndirmə tədbirlərini də davam etdirməyimizə baxmayaraq, təəssüf hissi ilə bildiririk ki, bu gün də bəzi sakinlər tərəfindən küçələrin müxtəlif hissələrinə, hasarların önünə, yol kənarlarına tullantılar, yararsız məişət əşyaları və tikinti materialları atılır.
Xahiş edirik şəhərimizin təmiz və abad qalması üçün məişət tullantılarını və lazımsız əşyaları küçələrdə yerləşdirilmiş zibil qutularına ataq.