Şəhərin küçələrinə əlavə olaraq 72 ədəd zibil konteynerləri yerləşdirilib.
11 yanvar 2024 | 15:44
Bu gün Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatı tərəfindən tutumu 1100 litr olan, 72 ədəd yeni zibil konteynerləri gətirilərək küçələrdə tikilmiş tullantıların müvəqqəti saxlanc kameralarına yerləşdirilib. Qeyd edək ki, qutuların mütəmadi olaraq artırılması bundan sonra da davam etdiriləcəkdir.
Şəhərimizin sakinlərindən xahiş edirik ki, tullantılarını müvəqqəti saxlanc yerlərində olan zibil qutularına ataraq ərazini çirkləndirməsinlər.