Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin küçələrindəki yollarda xətlər və zolaqlar yenidən rənglənir.

06 sentyabr 2025 | 11:59

Artıq bir neçə gündür Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Biləsuvar şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri aparılır. Heydər Əliyev prospektində başa çatan işlər bu gündən başlayaraq şəhərin Mübariz İbrahimov küçəsində davam etdirilib.

Qeyd edək ki, AYNA əməkdaşları tərəfindən peşəkar və yüksək səviyyədə həyata keçirilən yol göstərici xətlərin və piyada zolaqlarının yenilənməsi avtomobillərin təhlükəsiz hərəkətinə və piyadaların rahat gediş-gəlişinə şərait yaradır.  

Keçidlər