Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin küçələrində yaşıllaşdırma işləri davam etdirilir.

17 noyabr 2023 | 12:33

Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatı tərəfindən həyata keçirilən abadlıq və yaşıllaşdırma işlərinin davamı olaraq artıq şəhərin ayrı-ayrı küçələrində və parklarda mövsümə uyğun olaraq ağacəkmə işlərinə də start verilib. Bir neçə gündür ki, Heydər Əliyev küçəsində palma ağacları, yolayrıcları və dairələrdə isə dekorativ ğül kolları əkilərək suvarılır. Bundan əlavə küçə və parklarda təmizlik işləri aparılır, ağaclar budanır, yolların kənarları təmizlənərək, alaq otları vurulur və məişət tullantılarının atıldığı konteynerlərin ətrafında ümumi təmizlik işləri görülür. Görülən işlərin digər küçələrdə də aparılması nəzərdə tutulmuşdur.

Keçidlər