Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin küçələrində aparılan asfaltlaşma işləri artıq yekunlaşmaq üzrədir.

21 dekabr 2023 | 11:55
Biləsuvar rayon İcra Hakimiyyəti ötən il görülən işlərin davamı olaraq 2023-cü ildə şəhərin 23 küçəsində və 5 dalan hissəsində yolların yenidən qurulması, təmiri və asfaltlaşdırılması işlərini həyata keçirib.
Əvvəlcə küçələrin ehtiyac yaranan hissələrində asfalt örtük təmizlənmiş, deformasiyaya uğramış və dağılmış hissələr yenilənmiş və bəzi küçələrdə isə yollara qum-çınqıl qatışığı tökülərək kipləşdirilmişdir.
Son aylar havaların isti və yağmursuz keçməsi görülən işlərin keyfiyyətlə və tez bir zamanda həyata keçirilməsinə şərait yaradıb. Bunun nəticəsində artıq şəhərin Bakı və Babək küçələrindən başqa digər bütün küçələrdə işlər yekunlaşıb.Qalan 2 küçədə isə yaxın günlərdə işlər başa çatdırılacaqdır.
Biləsuvar rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq növbəti illərdə də təmirinə və tikintisinə ehtiyac olan küçələrdə işlər davam etdiriləcəkdir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilən işlərin tam və keyfiyyətli icra olunması üçün bütün imkanlar səfərbər olunub.
Keçidlər