Şəhərin küçələrində aparılan abadlıq və təmizlik işləri davam etdirilmişdir
30 iyul 2024 | 14:33
Biləsuvar Rayon İcra Hakimiyyətinin tapşırığına əsasən Kommunal Müəssisələr Kombinatının və “DOST” xidmətinin əməkdaşları tərəfindən şəhərin Üzeyir Hacıbəyli, Mirzə Fətəli Axundov və Cəfər Cabbarlı küçələrində və Bolqarçayın Təyyarə Meydanı adlanan yaşayış massivindən keçən hissəsində təmizlik işləri aparılmış, qanunsuz olaraq buraya atılan məişət tullantıları götürülərək məhv edilmişdir.