Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin küçələrində aparılan abadlıq və təmizlik işləri davam etdirilir

31 may 2024 | 11:56

Biləsuvar Rayon İcra Hakimiyyətinin tapşırığına əsasən bu gün Kommunal Müəssisələr Kombinatının və “DOST” xidmətinin əməkdaşları tərəfindən şəhərin Heydər Əliyev, Üzeyir Hacıbəyli küçələrində və Bolqar çayın şəhərin mərkəzindən keçən hissəsində vətəndaşlar tərəfindən  atılan tullantılar təmizlənmiş, yol kənarlarındakı alaq otları biçilmişdir.

Bundan əlavə  sakinlərin məişət tullantılarını rahat şəkildə bir yerə toplaması məqsədilə şəhərin Mübariz İbrahimov küçəsində növbəti saxlanc platforması tikilir.

Vətəndaşlarımızdan xahiş edirik, şəhərimizin təmiz və abad qalması üçün məişət tullantılarını yalnız müvəqqəti saxlamaq üçün nəzərdə tutulmuş tullantı qutularına atsın.

 

 

Keçidlər