Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin küçələrində aparılan abadlıq və təmizlik işləri davam etdirilib

25 aprel 2024 | 15:27
Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatı və “DOST” xidmətinin əməkdaşları tərəfindən şəhərin küçələrində gündəlik olaraq aparılan təmizlik işlərindən əlavə, Biləsuvar Rayon İcra Hakimiyyətinin tapşırığına əsasən küçələrə, yolların kənarlarına vətəndaşlar tərəfindən atılan müxtəlif adda yararsız məişət əşyalarının, tullantıların, tikinti materiallarının və digər yöndəmsiz və istifadəsiz əşyaların toplanaraq məhv edilməsi işləri davam etdirilir.
Bu gün şəhərin Elnur Əzizli və Təbriz küçələrində təmizlik işləri aparılaraq, ərazidəki hasarların və yolların kənarları vətəndaşlar tərəfindən atılan müxtəlif adda tullantılardan təmizlənib.
Qeyd edirik ki, aparılan təmizlik işləri ilə yanaşı vətəndaşlar arasında mütəmadi olaraq maarifləndirmə tədbirlərini də davam etdirməyimizə baxmayaraq, bu gün də bəzi sakinlər tərəfindən küçələrin müxtəlif hissələrinə, hasarların önünə, yol kənarlarına tullantılar, yararsız məişət əşyaları və tikinti materialları atılır.
Xahiş edirik şəhərimizin təmiz və abad qalması üçün məişət tullantılarını və lazımsız əşyaları küçələrdə yerləşdirilmiş zibil qutularına atın.
Keçidlər