Şəhərin küçələrində aparılan abadlıq və təmizlik işləri davam edir.
01 dekabr 2023 | 17:23
Biləsuvar Rayon İcra Hakimiyyətinin tapşırığına əsasən Biləsuvar şəhər İcra Nümayəndəliyinin, Kommunal Müəssisələr Kombinatının və Biləsuvar bələdiyyəsinin iştirakı ilə Biləsuvar şəhərinin küçələrində aparılan monitorinqlərin nəticələri ilə bağlı tədbirlər planı tərtib olunmuş və plana uyğun olaraq küçələrdə mütəmadi olaraq təmizlik və abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur.
Tədbirlər planı çərçıvəsində bu gün Kommunal Müəssisələr Kombinatının və “DOST” xidmətinin əməkdaşları tərəfindən şəhərin T. İsmayılov küçəsində işlər davam etdirilmiş, yol kənarlarındakı alaq otları təmizlənmiş, qurumuş ağaclar, tikinti materialları və digər tullantılar ərazidən götürülmüş, mövsümlə əlaqədar ağac və kollarda budama işləri aparılmışdır.
Görülən işlər şəhərimizin daha təmiz və abad olması, habelə sakinlərin rahatlığını təmin etmək məqsədilə həyata keçirilir.
Lakin təəssüf hissi ilə qeyd edirik ki, bir sıra hallarda yararsız məişət əşyaları, tikinti materialları və polietilen tullantılar bəzi sakinlər tərəfindən küçələrin müxtəlif hissələrinə, hasarların önünə atılır. Bu da şəhərimizin ümumi təmizliyinə xələl gətirir, təmizlik işçilərinin əlavə yüklənməsinə səbəb olur.
ƏZİZ BİLƏSUVARLILAR!
Gəlin görülən işləri dəstəkləyərək, təmizliyə riayət edək və yaşıllıqları qoruyaq.