Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin küçələrində aparılan abadlıq və təmizlik işləri bu gün də davam etdirilmişdir.

09 avqust 2024 | 15:54

Biləsuvar Rayon İcra Hakimiyyətinin tapşırığına əsasən  Rayon Suvarma Sistemləri, Cənub Muğan Kanal İstismar İdarələrinin texnikalarının köməkliyi ilə Kommunal Müəssisələr Kombinatının və “DOST” xidmətinin əməkdaşları tərəfindən rayonun məişət tullantılarının toplandığı poliqonda təmizləmə və zibillərin zərərsizləşdirilməsi işləri aparılmışdır.

Bundan əlavə Kombinatın əməkdaşları tərəfindən şəhərin Baloğlan Abbasov, Mirzə Ələkbər Sabir küçələrində tullantıların toplanması üçün müəyyən olunmuş ərazilərdən kənara atılan məişət tullantıları, yararsız ev əşyaları təmizləmiş, H.Əliyev küçəsindəki ağacların əyilmiş və yöndəmsiz budaqları budanaraq, ağaclar suvarılmışdır.

Qeyd edirik ki, aparılan təmizlik işlərinə və aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, bu gün də bəzi sakinlərimiz tərəfindən küçələrin müxtəlif hissələrinə, hasarların önünə, yol kənarlarına tullantılar, yararsız məişət əşyaları və tikinti materialları atılır.

Vətəndaşlarımızdan xahiş edirik ki, şəhərimizin təmiz və abad qalması üçün məişət tullantılarını yalnız müvəqqəti saxlamaq üçün nəzərdə tutulmuş tullantı qutularına atsın.

Keçidlər