Şəhərin küçələrində aparılan abadlıq və təmizlik işləri 5 iyul tarixində də davam etdirilmişdir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin tapşırığına əsasən şəhərin küçələrində aparılan abadlıq və təmizlik işlərinin davamı olaraq bu gün Kommunal Müəssisələr Kombinatının və “DOST” xidmətinin əməkdaşları tərəfindən şəhərin Mübariz İbrahimov və Tofiq İsmayılov küçələrinin kəsişdiyi əraziyə atılan yararsız tikinti materialları, Nizami küçəsiylə 1 may küçəsinin kəsişdiyi əraziyə atılan ağac budaqları, vətəndaşların həyətlərini təmizləyərək atdıqları alaq otları, Babək Mahmudlu küçəsinə atılan məişət tullantıları təmizlənmiş, yol kənarlarındakı alaq otları biçilmişdir.
Qeyd edirik ki, aparılan təmizlik işləri ilə yanaşı vətəndaşlar arasında mütəmadi olaraq maarifləndirmə tədbirlərini də davam etdirməyimizə baxmayaraq, bu gün də bəzi sakinlər tərəfindən küçələrin müxtəlif hissələrinə, hasarların önünə, yol kənarlarına tullantılar, yararsız məişət əşyaları və tikinti materialları atılır.
Vətəndaşlarımızdan xahiş edirik, şəhərimizin təmiz və abad qalması üçün məişət tullantılarını yalnız müvəqqəti saxlamaq üçün nəzərdə tutulmuş tullantı qutularına atsın.