Şriftin ölçüsü :

Saytın rəngi :

"Rənglərin harmoniyası" fərdi yaradıcılıq sərgisi təqdim olunub.

17 may 2024 | 21:47
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Biləsuvar Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə gənc rəssam Lalə Hüseynovanın "Rənglərin harmoniyası" fərdi yaradıcılıq sərgisi açılıb.
Biləsuvar rayon Heydər Əliyev Mərkəzində baş tutan sərgidə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Azərbaycan Milli Xalça Muzeyinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nümayəndələri, mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları, həmçinin rəssamlar iştirak edib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Sərgidə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və digər natiqlər Rəssamlar İttifaqı və Dünya Rəssamlıq Akademiyasının üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Lalə Hüseynovanın rəng dünyasından söhbət açaraq, rəssama fəaliyyətində uğurlar arzulayıblar. Bildirilib ki, Lalə Hüseynovanın əsərlərində milli xalça ornamentlər, kosmopolit, şamanizm və digər mövzular qabarıq şəkildə özünü göstərir.
Çıxış edən gənc rəssam Lalə Hüseynova sərginin təşkil olunmasına görə əməyi keçən hər kəsə təşəkkür edib.
Sonra gənc rəssamın əsərlərinə baxış olub.Qeyd edək ki, sərgi 3 gün davam edəcək.
Fərdi yaradıcılıq sərgisində Salyan rayon Mədəniyyət Mərkəzinin Əməkdar artist Həsənağa Sadıqov adına "Mahirlər" Ailə Xalq Ansamblının ifasında musiqilər səsləndirilib.
Keçidlər