Rayonun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib
15 iyun 2023 | 15:45
İyunun 14-də Biləsuvar rayonunun bütün ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.
Nizami Gəncəvi adına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin məsul əməkdaşı Aqil Bəşirov, məktəbin müəllim-şagird kollektivi, valideynlər iştirak edib.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulayıb. İcra başçısı çıxışında təhsil sahəsinə göstərilən dövlət qayğısından danışaraq son illər rayonda yeni məktəblərin tikildiyini, həmçinin əksər təhsil müəssisələrinin əsaslı təmir olunduğunu, maddi-texniki bazasının gücləndirildiyini qeyd edib.
Digər çıxış edən natiqlər də məktəbin pedaqoji kollektivinə və şagirdlərə xoş arzularını bildiriblər.
Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.