Rayonun Nərimankənd və Ağayrı kəndlərindən olan Vətən Müharibəsi şəhidlərinin ailələri ziyarət olunub
Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizədə böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Biləsuvarlı qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb.
Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli rayonun Nərimankənd kəndindən olan Vətən Müharibəsi şəhidləri Eynullayev Rövşən Elşən oğlunun, Əbilzadə Sübhan Arif oğlunun, Ağayrı kəndindən olan Nuri Xəyal Şakir oğlunun ata ocaqlarını ziyarət edərək valideynləri və yaxınları ilə görüşüb. Şəhid valideynləri ilə görüşdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Görüşdə bir daha qeyd olunub ki, bizə zəfər sevinci, qalibiyyət qüruru bəxş edən şəhidlərin xatirəsi yaddaşlarda əbədi yaşayacaqdır.