Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Əsgərabad, Aşağı Cürəli, Amankənd, Təzəkənd kəndlərindən olan Vətən Müharibəsi şəhidlərinin ailələri ziyarət olunub

23 sentyabr 2023 | 10:55

Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizədə böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş  Biləsuvarlı qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb.

Bu gün Biləsuvar Rayon İcra Hakimiyyəti  başçısının  müavini Vəlahəddin Yunsurov  rayonun Əsgərabad, Aşağı Cürəli, Amankənd, Təzəkənd kəndlərindən olan Vətən Müharibəsi şəhidlərinin ata ocaqlarını ziyarət edərək valideynləri ilə görüşüb. Şəhid valideynləri ilə görüşdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Görüşdə bir daha qeyd olunub ki, bizə zəfər sevinci, qalibiyyət qüruru bəxş edən şəhidlərin xatirəsi yaddaşlarda əbədi yaşayacaqdır.

Keçidlər